Bakı. 26 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” komandası futbolçusu Kostas Manolasla yeni müqavilə bağlayacaq.
“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, oktyabrda 2018-ci il dünya çempionatının seçmə qrup matçları zamanı yaranacaq fasilədə 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsi 2022-ci ilin iyununadək uzadılacaq. Yeni anlaşmaya əsasən, Manolasın illik maaşı 3 milyon avro təşkil edəcək. Onun sərbəst qalma dəyərinin isə 30 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Kostas Manolas 2014-cü ildə Yunanıstan “Olimpiakos”undan 13 milyon avro qarşılığında “Roma”ya keçib. Onun mövcud müqaviləsi 2019-cu il iyunun 30-dək nəzərdə tutulub.