"Qarabağ"ın rəqibi fransalı futbolçunu 2 milyon avroya alıb

"Qarabağ"ın rəqibi fransalı futbolçunu 2 milyon avroya alıb "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransanın "Marsel" klubu növbəti transferini gerçəkləşdirib.
Futbol
30 Yanvar , 2022 12:01
Qarabağın rəqibi fransalı futbolçunu 2 milyon avroya alıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Fransanın "Marsel" klubu növbəti transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, Liqa 1 təmsilçisi Rusiyanın "Spartak" (Moskva) klubundan Samuel Jiqonu heyətinə qatıb.

"Marsel" 29 yaşlı müdafiəçinin keçidinin detallarını açıqlamayıb. "Transfermarkt" fransalı oyunçu üçün 2 milyon avro ödənildiyini yazıb. Jiqo mövsümün sonunadək icarə əsasında "Spartak"da çıxış edəcək.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi