"Qarabağ"ın rəqibi argentinalı hücumçunu göndərir

"Qarabağ"ın rəqibi argentinalı hücumçunu göndərir UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə yollarını ayıracaq
Futbol
17 Yanvar , 2022 12:19
Qarabağın rəqibi argentinalı hücumçunu göndərir
Dario Benedetto

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə yollarını ayıracaq.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" klubuna qayıdacaq.

Argentina təmsilçisi Benedettonun keçidi üçün artıq "Marsel"lə razılığa gəlib.

Dario Benedetto 2021-ci ildə icarə əsasında İspaniyanın "Elçe" klubunda çıxış edib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi