"Qarabağ"ın qış toplanışının yeri açıqlandı

"Qarabağ"ın qış toplanışının yeri açıqlandı "Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.
Futbol
20 Dekabr , 2020 18:04
Qarabağın qış toplanışının yeri açıqlandı

"Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.

"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis ölkə xaricinə çıxmağa risk etməyəcəklərini bildirib: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundur".

Son xəbərlər

Orphus sistemi