Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində UEFA reytinqində iki pillə irəliləyə bilər

Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində UEFA reytinqində iki pillə irəliləyə bilər Qarabağın Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-lə keçirəcəyi matçdan sonra Azərbaycan UEFA reytinqində irəliləyə bilər.
Futbol
7 Noyabr , 2019 13:10
Azərbaycan Qarabağın qələbəsi sayəsində UEFA reytinqində iki pillə irəliləyə bilər

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Kiprdə APOEL-lə keçirəcəyi matçdan sonra Azərbaycan UEFA reytinqində irəliləyə bilər.

"Report"un məlumatına görə, bu, Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə gerçəkləşəcək. Hazırda 18,500 xala malik Azərbaycan avrokubokda təmsilçisi olmayan Belarusu (18,875) geridə qoyaraq 26-cı yerdən 25-ci pilləyə yüksələcək.

"Qarabağ" APOEL-ə qalib gəlsə, Azərbaycan 24-cü pilləyə də yüksələ bilər. Amma bunun üçün Qazaxıstan "Astana"sı evdə Hollandiya AZ--sinə uduzmalıdır. 

Nikosiyadakı görüşdən sonra kiprlilər də UEFA reytinqində yüksələcəklər. Hazırda 25,250 xalla 16-cı olan ada-dövlət APOEL-in qələbəsi sayəsində 15-ci yerdəki Yunanıstanı (25,300) geridə qoyacaq. Elladalıların avrokubokdakı yeganə təmsilçisi "Olimpiakos" ötən gün Çempionlar Liqasının qrup mərhləsinin IV turunda "Bavariya"ya Almaniyada 0:2 hesabı ilə uduzub və ölkə reytinqinə xal qazandıra bilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi