"Qarabağ"ın qapıçısının seriyası uzun müddətdən sonra qırıldı

"Qarabağ"ın qapıçısının seriyası uzun müddətdən sonra qırıldı “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb.
Futbol
1320
28 Sentyabr , 2020 10:30
Qarabağın qapıçısının seriyası uzun müddətdən sonra qırıldı
Şahruddin Məhəmmədəliyev

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, “Sumqayıt”la IV turun oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb. Bu topa Əli Qurbani imza atıb.

Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət quru seriyaya imza atıb. Bu müddətdə qolkiper ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.

Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə imza atıb. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir.

Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və  Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.

Son xəbərlər

Orphus sistemi