"Qarabağ"ın qapıçısı: "Bu gün bəxtim gətirdi"

"Qarabağ"ın qapıçısı: "Bu gün bəxtim gətirdi" "Oyun ağır alındı. Çünki "Zirə" elə-belə komanda deyil. Çətin olacağını bilirdik. Penaltilər seriyası lotereyadır. Bu gün mənim bəxtim gətirdi. Mövsüm ərzində komanda kömək etmək imkanım olmur. Şükürlər olsun ki, bu gün belə bir fürsətim oldu".
Futbol
27 May , 2022 22:02
Qarabağın qapıçısı: Bu gün bəxtim gətirdi

"Oyun ağır alındı. Çünki "Zirə" elə-belə komanda deyil. Çətin olacağını bilirdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.

28 yaşlı qolkiper bildirib ki, penaltilər seriyası lotereyadır: "Bu gün mənim bəxtim gətirdi. Mövsüm ərzində komanda kömək etmək imkanım olmur. Şükürlər olsun ki, bu gün belə bir fürsətim oldu".

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi