"Qarabağ"ın Polşaya səfər proqramı bəlli olub

"Qarabağ"ın Polşaya səfər proqramı bəlli olub "Qarabağ"ın "Lex"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub.
Futbol
28 İyun , 2022 10:53
Qarabağın Polşaya səfər proqramı bəlli olub

"Qarabağ"ın "Lex"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşaya səfər proqramı bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar" Poznana matçdan 2 gün öncə - iyulun 3-də hazırda təlim-məşq toplanışında olduqları Avstriyadan birbaşa yollanacaqlar.

Bir gün sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Ardınca isə komanda matçın baş tutacağı "Poznan" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 12-də Bakıda olacaq və saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi