"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Futbol
10 Dekabr , 2021 01:55
Qarabağın pley-offdakı potensial rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.

Bunlar Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtüllan", Şotlandiyanın "Seltik" və Avstriyanın "Rapid" (Vyana) komandalarıdır.

Qeyd edək ki, pley-off mərhələsinin püşkü dekabrın 13-də atılacaq. Oyunlar isə fevralın 17-də və 24-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi