"Qarabağ"ın oyununda meydana azarkeş girib

"Qarabağ"ın oyununda meydana azarkeş girib Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda maraqlı hadisə yaşanıb.
Futbol
27 Avqust , 2021 00:33
Qarabağın oyununda meydana azarkeş girib

Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda meydana azarkeş girib.

"Report"un məlumatına görə, hadisə 90+2-ci dəqiqədə Azərbaycan təmsilçisinin qapısına penalti təyin olunduğu vaxt baş verib. Fanatlardan biri Şahruddin Məhəmmədəliyevin qoruduğu qapının qarşısında duraraq, əllərini qaldırıb və azarkeşləri salamlayıb. Onu meydandan stüardlar çıxarıb.

Qeyd edək ki, görüşdən 3:1 hesablı qələbə ilə ayrılan "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.

Son xəbərlər

Orphus sistemi