"Qarabağ"ın narkotikdən istifadə etmiş keçmiş futbolçusu özünə klub tapıb

"Qarabağ"ın narkotikdən istifadə etmiş keçmiş futbolçusu özünə klub tapıb "Qarabağ"ın sabiq futbolçusu Maqaye Geyenin yeni klubu bəlli olub.
Futbol
2744
19 Yanvar , 2022 09:15
Qarabağın narkotikdən istifadə etmiş keçmiş futbolçusu özünə klub tapıb

"Qarabağ"ın sabiq futbolçusu Maqaye Qeyenin yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Yunanıstanın "Anagennisi Karditsa" klubuna keçib.

Seneqallı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Maqaye Geye son olaraq 2020/2021 mövsümündə Rumıniyanın "Dinamo" (Buxarest) klubunda çıxış edib. Forvard narkotikdən istifadə etdiyi üçün klubdan qovulub. Qeye daha sonra əməlini boynuna alıb. 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinmiş hücumçu Azərbaycan Premyer Liqasının da qalibi olub.

Son xəbərlər

Orphus sistemi