"Qarabağ"ın müdafiəçisi rəqibinə sillə vurub, referi penalti təyin etməyib

"Qarabağ"ın müdafiəçisi rəqibinə sillə vurub, referi penalti təyin etməyib "Qəbələ" və "Qarabağ" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XII tur oyununda insident baş verib
Futbol
29 Noyabr , 2021 17:59
Qarabağın müdafiəçisi rəqibinə sillə vurub, referi penalti təyin etməyib

"Qəbələ" və "Qarabağ" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XII tur oyununda insident baş verib.

"Report"un məlumatına görə, matçın 69-cu dəqiqəsində qonaqların müdafiəçisi Kevin Medina cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə sillə vurub. Lakin matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb.

Halbuki qaydalara əsasən, həmin epizodda kolumbiyalı meydandan qovulmalı, Ağdam təmsilçisinin qapısına isə penalti təyin olunmalı idi. Yeri gəlmişkən, bu, Rəhimovun Premyer Liqada idarə etdiyi ilk qarşılaşma olub.

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi