"Qarabağ"ın müdafiəçisi Kipr klubu ilə oyunları buraxacaq

"Qarabağ"ın müdafiəçisi Kipr klubu ilə oyunları buraxacaq İsraildə "Aşdod" klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumuna aydınlıq gəlib.
Futbol
1185
30 İyul , 2021 19:40
Qarabağın müdafiəçisi Kipr klubu ilə oyunları buraxacaq
Rahil Məmmədov

İsraildə "Aşdod" klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda (1:0) zədələnən "Qarabağ"ın futbolçusu Rahil Məmmədovun durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, bu gün MRT müayinəsindən keçən 26 yaşlı müdafiəçi bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Həkimlərin ilkin diaqnozuna görə, Məmmədov Kiprin AEL komandasına qarşı III təsnifat mərhələsinin hər iki görüşünü buraxacaq.

Qeyd edək ki, "Qarabağ" Limassol təmsilçisi ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi