"Qarabağ"ın məşqçisi: "Yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik"

"Qarabağ"ın məşqçisi: "Yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik" "Bilirdik i, oyun ağır keçəcək. Sıx qrafik və süni meydança amili var idi. Amma bu gün 1 xal qazandıq".
Futbol
29 Noyabr , 2020 18:19
Qarabağın məşqçisi: Yaxın gələcəkdə oyunlarımızı İmarətdə keçirəcəyik

"Bilirdik ki, oyun ağır keçəcək. Sıx qrafik və süni meydança amili var idi. Amma bu gün 1 xal qazandıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O bildirib ki, Ağdama səfər komandaya müəyyən qədər təsir edib: "Yorğunluq oldu. Amma Ağdamın alınmasına görə böyük bir tədbir keçirildi. Bizim də orada olmağımız vacib idi. Ümid edirik ki, yaxın gələcəkdə oyunlarımızı "İmarət"də keçirəcəyik".

Zədəlilərin durumuna da toxunan mütəxəssis onların fərdi məşqlərə başladığını deyib: "Abbas Türkiyədədir. Bədavi məşqlərdə iştirak edir. Rahillə Maksim hələ ki, ölkə xaricindədirlər. Sabah test verəcəklər. Ondan sonra məsələyə aydınlıq gələcək".

Məşqçi ikinci hissədə meydana daxil olan Mahir Emreli ilə Abdullah Zubirdən istədiyi effekti aldığını söyləyib: "Onların meydana girməsindən sonra qol da vurduq. Rəqibi də qeyd etmək lazımdır. Çox ağıllı kollektivdir".

Son xəbərlər

Orphus sistemi