"Qarabağ"ın Macarıstandakı oyununu ispaniyalı hakimlər idarə edəcək

"Qarabağ"ın Macarıstandakı oyununu ispaniyalı hakimlər idarə edəcək Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.
Futbol
29 İyul , 2022 09:12
Qarabağın Macarıstandakı oyununu ispaniyalı hakimlər idarə edəcək

Macarıstanda "Ferentsvaroş" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Karlos del Serroya Xose Naranxo və Qonsalo Qonsales laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Son xəbərlər

Orphus sistemi