"Qarabağ"ın legionerinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub

"Qarabağ"ın legionerinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Futbol
1 Oktyabr , 2021 09:08
Qarabağın legionerinin dəqiq zərbəsi həftənin ən yaxşı qolu adına namizəd olub

UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən "Qarabağ"ın oyunçusu Kadri Borgesin də dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.

25 yaşlı yarımmüdafiəçinin rəqib qapısından keçirdiyi birinci qol fərqləndirilib.

Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb. Onun bu nominasiyada rəqibləri Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya).

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi