"Qarabağ"ın legioneri təlim-məşq toplanışına gec qoşulacaq

"Qarabağ"ın legioneri təlim-məşq toplanışına gec qoşulacaq "Qarabağ"ın futbolçusu Kabo-Verde millisinə dəvət alıb.
Futbol
18 Dekabr , 2021 13:25
Qarabağın legioneri təlim-məşq toplanışına gec qoşulacaq

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Efiopiya, Burkina Faso və Kamerun yığmaları ilə Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunlarına çağırılıb.

Qarşılaşmalar müvafiq olaraq yanvarın 9-u, 13-ü və 17-də keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində təlim-məşçq toplanışı keçəcək. Andrade millinin oyunları ilə bağlı Ağdam klubunun hazırlıq prosesinə gec qoşulacaq.

Son xəbərlər

Orphus sistemi