"Qarabağ"ın ispan legioneri: "Sevilyadan bir xalla qayıtmaq istərdik"

"Qarabağ"ın ispan legioneri: "Sevilyadan bir xalla qayıtmaq istərdik" Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik. Növbəti mərhələyə adlamaq üçün bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı, öz oyunumuzu oynamalıyıq.
Futbol
27 Noyabr , 2019 22:04
Qarabağın ispan legioneri: Sevilyadan bir xalla qayıtmaq istərdik

"Güclü komandaya qarşı oynayacağımızın fərqindəyik. Növbəti mərhələyə adlamaq üçün bizə xal lazımdır. Müdafiədə diqqətli olmalı, öz oyunumuzu oynamalıyıq".

"Report"un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda baş tutacaq "Sevilya" ilə oyun haqda danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, müdafiədə diqqətli olmalı, boşluqlar buraxmamalıdırlar: "Əlimizə düşən fürsətlərdən istifafə etməliyik. Burdan 1 xalla qayıtmaq istərdik. Təəssüf ki, indiyə qədər bu stadionda oynamaq mənə nəsib olmayıb. Bir ispaniyalı kimi mənim üçün burada meydana çıxmaq xoşdur. Sabah 10-a yaxın ailə üzvüm stadionda olacaq".

Son xəbərlər

Orphus sistemi