"Qarabağ"ın legioneri: "Qurban Qurbanovdan çox şey öyrənmişəm"

"Qarabağ"ın legioneri: "Qurban Qurbanovdan çox şey öyrənmişəm" "Qurban Qurbanov insan kimi çox yaxşıdır. Həmçinin mənim xoşuma gələn çox yaxşı iş üslubu var".
Futbol
935
4 Noyabr , 2020 08:42
Qarabağın legioneri: Qurban Qurbanovdan çox şey öyrənmişəm
Kevin Medina

"Qurban Qurbanov insan kimi çox yaxşıdır. Həmçinin mənim xoşuma gələn çox yaxşı iş üslubu var".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina "Planeta Futbol" nəşrinə açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə danışarkən deyib.

Kolumbiyalı müdafiəçi 48 yaşlı mütəxəssisdən çox şey öyrəndiyini bildirib: "Onun rəhbərliyi altında bir çox yeniliklərlə tanış olmuşam. Baş məşqçi futbolçulara çox inanır və bizə meydanda sərbəstlik verir. Bu isə oyunçuları sakitləşdirir".

27 yaşlı oyunçu uzun illər çıxış etdiyi Portuqaliya çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edib: "Burada ispan üslubuna yaxın futbol oynanılır. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır".

Gələcək karyerasından da söz açan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: "Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"a cari mövsümün əvvəlində Portuqaliyanın "Şaveş" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi