"Qarabağ"ın legioneri: "Qarşıda bizi sıx qrafik gözləyir"

"Qarabağ"ın legioneri: "Qarşıda bizi sıx qrafik gözləyir" Bakı. 24 sentyabr. REPORT.AZ/ Uğurlu nəticə qazandığımız üçün xoşbəxtəm. Eyni zamanda komanda da yaxşı, baxımlı oyun nümayiş etdirdi.
Futbol
1514
24 Sentyabr , 2018 00:36
Qarabağın legioneri: Qarşıda bizi sıx qrafik gözləyir

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Uğurlu nəticə qazandığımız üçün xoşbəxtəm. Eyni zamanda komanda da yaxşı, baxımlı oyun nümayiş etdirdi".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının V turunda "Qəbələ" üzərində 4:1 hesablı qələbədən sonra deyib.

Matçın 30 və 72-ci dəqiqələrində fərqlənməklə Ağdam komandasının heyətində hesabı açan Mərakeş əsilli fransalı futbolçu buna görə çox sevindiyini söyləyib: "Ancaq nəticə daha önəmlidir. Komanda yaxşı oyun göstərsə, nəticələr də müsbət olacaq. Əsas budur. Qol vurmağım önəmli deyil. Çempionluq mübarizəsində hansısa rəqibi qeyd etmək düzgün olmaz.

İstənilən oyun çətindir. Hər kəs bizə qarşı yaxşı köklənir. Matçlara fərdi yanaşırıq. Addım-addım gedirik. İlk pillədə qərarlaşan "Neftçi"ni xüsusi olaraq qeyd etməzdim".

Zubir deyib ki, Avropa Liqasının I turunda Portuqaliyada "Sportinq"ə 0:2 hesablı məğlubiyyətdən sonra "Qəbələ" üzərində əldə edilən qələbə psixoloji baxımdan önəmlidir: "Vəziyyəti tez bir zamanda pozitiv yönə dəyişmək istəyirdik. Oyun bu baxımdan da önəmli idi. Oyunumda bir dəyişiklik yoxdur. Sadəcə, indi bir-birimizi daha yaxşı tanıyırıq. Qarşıda bizi sıx qrafik gözləyir, amma bu futboldur. Avropada da üç gündən bir oynayırlar. Ümid edirəm ki, yaxşı oynayıb, yaxşı da nəticə qazanacağıq".

Son xəbərlər

Orphus sistemi