"Qarabağ"ın legioneri pasport probleminə görə Polşaya yollana bilməyəcək

"Qarabağ"ın legioneri pasport probleminə görə Polşaya yollana bilməyəcək "Qarabağ" klubu Polşada "Legiya" ilə keçirəcəyi Avropa Liqasının pley-off oyunu öncəsi itki ilə üzləşib.
Futbol
29 sentyabr 2020 10:35
Qarabağın legioneri pasport probleminə görə Polşaya yollana bilməyəcək
Donald Gerye

"Qarabağ" klubu Polşada "Legiya" ilə keçirəcəyi Avropa Liqasının pley-off matçı öncəsi itki ilə üzləşib. 

Bu barədə "Report"a klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. 

Qeyd edək ki, "Qarabağ" Polşaya bu gün çarter reysi ilə yollanacaq. "Legiya" ilə qarşılaşma oktyabrın 1-də keçiriləcək. 
 

Son xəbərlər

Orphus sistemi