"Qarabağ"ın legioneri "Neftçi" ilə matçı buraxacaq

"Qarabağ"ın legioneri "Neftçi" ilə matçı buraxacaq "Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçı da buraxmaq ehtimalı böyükdür
Futbol
12 Fevral , 2021 13:51
Qarabağın legioneri Neftçi ilə matçı buraxacaq
Filip Ozobiç

"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə qarşı matçı da buraxacaq.

Klubdan "Report"a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi hələ kollektiv çalışmalara qoşulmayıb. Zədəsini tam sağaltmayan xorvatiyalı oyunçu məşqlərini fərdi qaydada davam etdirir.

Qeyd edək ki, Filip Ozobiç son rəsmi oyununu 2020-ci il dekabrın 24-də Premyer Liqanın XII turunda "Zirə"yə (3:2) qarşı keçirib.

Fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi