"Qarabağ"ın legioneri: "Müqaviləni uzatmaq qərarı çətin olmadı"

"Qarabağ"ın legioneri: "Müqaviləni uzatmaq qərarı çətin olmadı" Bu gün "Qarabağ"ımızla müqavilə yeniləyən Kevin Medina klubun rəsmi saytına açıqlama verib.
Futbol
116
12 May , 2022 15:31
Qarabağın legioneri: Müqaviləni uzatmaq qərarı çətin olmadı

"Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina "köhlən atlar"la müqavilə müddətini uzatması barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Kolumbiyalı müdafiəçi bildirib ki, Ağdam təmsilçisinə gəldiyi ilk gündən hər kəslə yaxşı münasibəti və qarşılıqlı hörməti olub: "Daha 3 il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, 29 yaşlı oyunçu "Qarabağ"la 2025-ci ilin yayınadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi