"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində 2022-ci il dünya çempionatının seçmə oyununda meydandan qovulub.
"Report"un məlumatına görə, 30 yaşlı müdafiəçi səfərdə Norveçə 0:2 hesabı ilə uduzduqları matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasını azlıqda qoyub. Monteneqrolu oyunçu 2 dəqiqə ərzində ardıcıl 2 sarı vərəqə alıb.
Qeyd edək ki, Veşoviç oyuna start heyətində başlayıb.