"Qarabağ"ın legioneri: "Lex"lə oyunlarda da hücum futbolu göstərəcəyik"

"Qarabağ"ın legioneri: "Lex"lə oyunlarda da hücum futbolu göstərəcəyik" “İlk oyunumuzu səfərdə keçirəcəyik. Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.
Futbol
29 İyun , 2022 14:02
Qarabağın legioneri: Lexlə oyunlarda da hücum futbolu göstərəcəyik

“İlk oyunumuzu səfərdə keçirəcəyik. Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

"Report"un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəkləri görüşlər barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçisi ilk matçın Poznanda keçirilməsinin Azərbaycan klubunun lehinə olduğunu bildirib: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də daha asan olacaq”.

“Qarabağ”dan əvvəl 2018 - 2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını etiraf edib: “Klubdakı insanlarla problemim var idi. Mənə sayqı ilə yanaşdıqlarını hiss etmədim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər. Onlar mənə xanımıma görə yeni müqavilə təklif etmədilər”.

Qeyd edək ki, “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi