"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı

"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı "Bakıda demək olar ki, hər şey normaldır. Bəzi məhdudiyyətlər var. Məsələn, saat 21:00-dan səhərə qədər evdən çıxa bilməzsiniz. Bunun xaricində normal işləməyə çalışırıq".
Futbol
1831
29 Sentyabr , 2020 09:02
Qarabağın legioneri Legiya ilə matçdan danışdı
Donald Gerye

"Bakıda demək olar ki, hər şey normaldır. Bəzi məhdudiyyətlər var. Məsələn, saat 21:00-dan səhərə qədər evdən çıxa bilməzsiniz. Bunun xaricində normal işləməyə çalışırıq".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ" klubunun futbolçusu Donald Gerye "Sport.se.pl" saytına müsahibəsində deyib. 

31 yaşlı cinah oyunçusu Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qarşı keçirəcəkləri matç barədə də danışıb. Haitili futbolçu görüşün səfərdə baş tutmasının onun üçün əhəmiyyətli olmadığını bildirib: "Hazırda komandanın əzmkarlığı vacibdir. Kim daha çox çalışsa, o da qalib gələcək".

Gerye mövsümə yaxşı başlaya bilməmələrini bu cür izah edib: "Komandada bir neçə zədəli mövcuddur. Həm də ağlımızda çox matç var, fərqli cəbhələrdə oynayırıq. Belə olan halda yorğunluq olur. "Legiya"nın bizimlə oyuna daha yaxşı hazırlaşması üçün çempionat matçının təxirə salındığını eşitdim. "Legiya"nın "Lex" ilə oyununun təxirə salınması pis fikir deyil. Futbolçu maşın deyil, robot deyil. Biz də yoruluruq".

Müdafiəçi "Visla"da çıxış edərkən "Legiya"ya iki qol vurduğunu xatırladıb: "İndi növbəti birini vurmağa çalışacağam. Bunu bacara bilsəm, xüsusi Haiyi rəqsi ilə qeyd edəcəyəm. Bir il əvvəl "Legiya"dan mənə təklif gəldi. Ancaq sonradan başqa təklif oldu və agentimlə bu mövzuda bəzi fikir ayrılıqları yaşadım". 

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi