"Qarabağ"ın legioneri: "Ferentsvaroş"u keçəcəyimizə əminəm"

"Qarabağ"ın legioneri: "Ferentsvaroş"u keçəcəyimizə əminəm" "Mən baş yaşda Çerçesovdan kiçiyəm və istənilən halda ona hörmət etməliyəm".
Futbol
9 Avqust , 2022 20:50
Qarabağın legioneri: Ferentsvaroşu keçəcəyimizə əminəm

"Mən baş yaşda Çerçesovdan kiçiyəm və istənilən halda ona hörmət etməliyəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Filip Ozobiç Bakıda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra qonaqların baş məşqçisi Stanislav Çerçesovla görüşü barədə "Match TV"yə açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, rusiyalı mütəxəssislə qarşılaşmaq xoş olub: "Bakıdakı matçdan sonra bir az söhbət etdik. Uzun müddətdir bir-birimizi görmürdük. Budapeştdə yenidən qarşılaşacağıq. Təəssüf ki, O vaxt "Spartak"la müqavilə bağlayanda Xorvatiyada qaldım və onunla işləmək üçün dərhal Rusiyaya gəlmədim".

Azərbaycan millisində çıxış edən 31 yaşlı oyunçu yenidən Çempionlar Liqasının qrupunda oynamaq istədiyini gizlətməyib: "Spartak"la bu hissi yaşamışam. Amma həmin vaxt gənc idim və çox az oynayırdım. Çempionlar Liqasında oynamaq hər futbolçunun arzusudur. Əminəm ki, "Ferentsvaroş"u keçəcəyik".

Qeyd edək ki, bu gün Budapeştdəki "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi