"Qarabağ"ın legioneri 6 ayadək sıradan çıxıb: Əməliyyat olunacaq

"Qarabağ"ın legioneri 6 ayadək sıradan çıxıb: Əməliyyat olunacaq Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.
Futbol
17 Sentyabr , 2021 14:39
Qarabağın legioneri 6 ayadək sıradan çıxıb: Əməliyyat olunacaq

Bakıda İsveçrə "Bazel"inə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyununda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi ön çarpaz bağlarından xəsarət alıb.

Abbaszadə 31 yaşlı oyunçunun əməliyyat olunacağını və ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib.

Romero oyunun 45-ci dəqiqəsində ikili mübarizə zamanı zədələnib və fasilədə Marko Veşoviçlə əvəzlənib.

Zədəsi ilə bağlı instaqramda paylaşım edən təcrübəli futbolçu meydana daha güclü qayıdacağını yazıb: "Dünənki oyunda sol dizimdən zədə aldım və əməliyyat olunmalıyam. Həmişə olduğu kimi çox çalışacaq, daha güclü qayıdacağam".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi