“Qarabağ”ın legioneri: “Çelsi” və “Roma”dan birinə qalib gəlmək mümkündür”

“Qarabağ”ın legioneri: “Çelsi” və “Roma”dan birinə qalib gəlmək mümkündür” "Üçüncülük üçün mübarizə aparacağıq"
Futbol
22 Noyabr , 2017 18:52
“Qarabağ”ın legioneri: “Çelsi” və “Roma”dan birinə qalib gəlmək mümkündür”

Bakı. 22 noyabr. REPORT.AZ/ “Bundan sonra iki oyunumuz var. Üçüncülük üçün mübarizə aparacağıq. “Çelsi” və “Roma”dan birinə qalib gəlmək mümkündür”. 

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Yakub Jezniçak “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) V turunda İngiltərə təmsilçisi “Çelsi” ilə görüş ərəfəsində qrupdakı durumu dəyərləndirərkən deyib. 

31 yaşlı polşalı mərkəz müdafiəçisi bildirib ki, ÇL hər turnirdən fərqlidir: “Qarabağ”ın yer aldığı C qrupunda heç bir komandaya zəif demək olmaz. “Atletiko”dan aldığımız xallar sürprizdir. Madriddə bərabər səviyyəli futbol oynadıq. Mübarizə apardıq, qaçdıq, topa daha çox nəzarət etdiyimiz anlar oldu. Üçüncü yeri tutmağa çalışacağıq”. 

Qeyd edək ki, hazırda İtaliya təmsilçisi “Roma” 8 xalla qrupun lideridir. “Çelsi”nin 7, İspaniya “Atletiko”sunun 3, “Qarabağ”ın isə 2 xalı var. 

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi