"Qarabağ"ın legioneri: "Bazel"i yaxşı analiz etmişik"

"Qarabağ"ın legioneri: "Bazel"i yaxşı analiz etmişik" "Son çempionat matçından sonra bütün fikirlərimiz "Bazel"ə qarşı oyunla bağlıdır. Yaxşı hazırlıq keçmişik. Sabahlı görüşdə hər iki komandadan yaxşı oyun gözləyirəm. Rəqibi yaxşı analiz etmişik".
Futbol
8 Dekabr , 2021 22:47
Qarabağın legioneri: Bazeli yaxşı analiz etmişik

"Son çempionat matçından sonra bütün fikirlərimiz "Bazel"ə qarşı oyunla bağlıdır".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Patrik Andrade İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

28 yaşlı kabo-verdeli yarımmüdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Sabahkı görüşdə hər iki komandadan yaxşı oyun gözləyirəm. Rəqibi yaxşı analiz etmişik".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi