"Qarabağ"ın Kipr klubu ilə hər iki matçının hakimləri bəlli olub

"Qarabağ"ın Kipr klubu ilə hər iki matçının hakimləri bəlli olub "Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa təyinatlar açıqlanıb.
Futbol
1007
30 İyul , 2021 17:46
Qarabağın Kipr klubu ilə hər iki matçının hakimləri bəlli olub
Qlenn Nyuberqə

"Qarabağ"ın Kiprin AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində hər iki oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, Larnaka şəhərindəki ilk qarşılaşma İsveçdən olan hakimlər briqadasına həvalə edilib.

Matçın referisi Qlenn Nyuberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Cavab matçına isə estoniyalı hakimlər təyinat alıblar. Görüşü Kristo Tover idarə edəcək. Laysmanlar Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Qeyd edək ki, "Qarabağ" ilk oyununu avqustun 5-də "AEK Arena"da keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab matçının başlama saatı isə 20:00-dır.

Son xəbərlər

Orphus sistemi