"Qarabağ"ın "Kəpəz"ə vurduğu qolun müəllifi dəyişdirilib

"Qarabağ"ın "Kəpəz"ə vurduğu qolun müəllifi dəyişdirilib Bakı. 26 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.
Futbol
26 Fevral , 2018 11:25
Qarabağın Kəpəzə vurduğu qolun müəllifi dəyişdirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, oyundakı yeganə qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb. 

Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib. 

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi