"Qarabağ"ın keçmiş futbolçusu karyerasını bitirdi

"Qarabağ"ın keçmiş futbolçusu karyerasını bitirdi Bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb
Futbol
3 Mart , 2021 09:17
Qarabağın keçmiş futbolçusu karyerasını bitirdi
Miçel Madera

"Qarabağ"ın keçmiş futbolçusu Miçel Madera karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu İspaniya "Luakin"inin rəsmi saytı xəbər yayıb.

Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun lazımi səviyyədə çıxış etməsinə imkan vermir.

Miçelin futbolla vidalaşmasına biganə qalmayan Ağdam təmsilçisi onun 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin İspaniyadakı oyununda (1:1) "Atletiko"ya vurduğu qolun videosunu paylaşıb. Videonun üzərində isə bunlar qeyd olunub: "Sənin bu sevincini də, bizə yaşatdığın sevinci də heç vaxt unutmayacağıq, Miçel"!

Qeyd edək ki, Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.

Son xəbərlər

Orphus sistemi