"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la oyunu buraxacaq

"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la oyunu buraxacaq "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ilk oyununu buraxacaq.
Futbol
3 Avqust , 2022 18:46
Qarabağın kapitanı Ferentsvaroşla oyunu buraxacaq
Maksim Medvedev

"Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçiriləcək UEFA Çempionlar Liqasının ilk oyununu buraxacaq.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, 33 yaşlı futbolçu zədə səbəbindən bugünkü matçda iştirak edə bilməyəcək.

Belində ağrıları olan təcrübəli müdafiəçinin adı son anda iştirak ərizəsindən çıxarılıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi