"Qarabağ"ın İspaniyaya gedəcəyi vaxt açıqlandı

"Qarabağ"ın İspaniyaya gedəcəyi vaxt açıqlandı Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Futbol
7 Dekabr , 2020 10:16
Qarabağın İspaniyaya gedəcəyi vaxt açıqlandı
0 : 00
0 : 00

Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi matçdan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yola düşəcək.

Ölkə çempionu bu gün və sabah növəbəti dəfə koronavirus testindən keçəcək. Fərdi məşqlər edən Patrik Andrade, Bədavi Hüseynov və Musa Qurbanlının "Vilyarreal"la oyunu buraxacağı gözlənilir.

Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi