"Qarabağ"ın iki hücumçusu yubiley qoluna imza atıb

"Qarabağ"ın iki hücumçusu yubiley qoluna imza atıb Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Azərbaycan Premyer Liqasında yubiley qollarına imza atıblar.
Futbol
8 Avqust , 2022 09:57
Qarabağın iki hücumçusu yubiley qoluna imza atıb

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Azərbaycan Premyer Liqasında yubiley qollarına imza atıblar.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki hücumçu Ağdam təmsilçisinin heyətində qollarının sayını 10-a çatdırıb.

Bu, çempionatın I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Qurbanlı 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Şeydayev isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.

Son xəbərlər

Orphus sistemi