"Qarabağ"ın İtaliya klubunun futbolçusu üçün təklif etdiyi məbləğ açıqlanıb

"Qarabağ"ın İtaliya klubunun futbolçusu üçün təklif etdiyi məbləğ açıqlanıb Embalonun transferi 2 milyon avroya başa gələ bilər
Futbol
160
16 Avqust , 2017 11:18
Qarabağın İtaliya klubunun futbolçusu üçün təklif etdiyi məbləğ açıqlanıb

Bakı. 16 avqust. REPORT.AZ/ "Qarabağ" klubunun İtaliya "Palermo"sunun futbolçusu Karluş Apna Embalo üçün ödəmək istədiyi məbləğ müəyyənləşib. 

"Report"un “Il Giornale di Sicilia”ya istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi 23 yaşlı oyunçunun 1 illik icarəsi üçün 200 min avro təklif edib.

Bu müddətdə Embalonun çıxışı qaneedici olsa, o, 2 milyon avro qarşılığında birdəfəlik alınacaq. Qvineya-Busau əsilli futbolçu ilə İtaliyanın "Peskara" və "Breşiya" klubları da maraqlanır. "Palermo" rəhbərliyi isə hələlik oyunçunu göndərməyə tələsmir.

Qeyd edək ki, Karlus Apna Embalonun keçidi baş tutsa, "Qarabağ" ondan yalnız avrokubokların qrup mərhələsində yararlanacaq.