"Qarabağ"ın hücumçusu: "Növbəti oyuna köklənməliyik"

"Qarabağ"ın hücumçusu: "Növbəti oyuna köklənməliyik" "Qarabağ"ın futbolçusu İbrahima Vadji Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbol
13 Sentyabr , 2021 11:50
Qarabağın hücumçusu: Növbəti oyuna köklənməliyik

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Azərbaycan Premyer Liqasının III turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin hər iki qoluna imza atan 26 yaşlı hücumçu şəxsi instaqram hesabından paylaşım edib.

Seneqallı forvard həmin görüşdə yaxşı performans sərgilədiklərini bildirib: "Komanda yoldaşlarımı qələbə münasibəti ilə təbrik edirəm. Artıq növbəti oyuna köklənməliyik".

Qeyd edək ki, "Qarabağ" sentyabrın 16-də Konfrans Liqasının qrup mərhələsinin I turunda İsveçrənin "Bazel" klubunu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi