"Qarabağ"ın hücumçusu ilə Rumıniya çempionatının lideri maraqlanır

"Qarabağ"ın hücumçusu ilə Rumıniya çempionatının lideri maraqlanır Dino Ndlovu qışda komandanı tərk edə bilər
Futbol
24 Noyabr , 2017 15:27
Qarabağın hücumçusu ilə Rumıniya çempionatının lideri maraqlanır

Bakı. 24 noyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Dino Ndlovu Rumıniyanın ÇFR klubunun maraq dairəsinə düşüb.

"Report"un "Soccer Laduuuuuma" nəşrinə istinadən verdiyi məlumata görə, Kluj şəhər təmsilçisi cənubi afrikalı hücumçunu qış transfer dövründə heyətinə cəlb etmək istəyir.

Amma bunun üçün "dəmiryolçular" 27 yaşlı forvardın Ağdam komandasında qalıb-qalmayacağını müəyyənləşdirmək niyyətindədir. Ndlovunun "Qarabağ"la hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Hələlik ona yeni müqavilə təklif olunmayıb. Bu halda təcrübəli hücumçu qış fasiləsində istənilən klubla danışıq apara bilər.

Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"da 2016-cı ilin avqustundan çıxış edir. O, indiyədək bütün yarışlarda 23 qol vurub. ÇFR isə Rumıniya çempionatında 18 turdan sonra 40 xalla liderdir.   

Son xəbərlər

Orphus sistemi