“Qarabağ” klubunun futbolçusu Donald Gerryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da mübarizəni dayandırıb.
“Report”un məlumatına görə, 30 yaşlı sol cinah oyunçusunun komandası yarımfinalda Meksika yığmasına uduzub - 0:1. Matçın taleyini əlavə vaxtda - 93-cü dəqiqədə Raul Ximenesin vurduğu qol həll edib.
Start heyətində yer alan Gerrye 100-cü dəqiqədə yerini Mikael Kantava verib.
Qeyd edək ki, Meksika finalda ABŞ – Yamayka cütünün qalibi ilə qarşılaşacaq.