"Qarabağ"ın futbolçusunu İtaliya klubu istəyir

"Qarabağ"ın futbolçusunu İtaliya klubu istəyir Qarabağ klubunun futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.
Futbol
477
21 Yanvar , 2020 09:16
Qarabağın futbolçusunu İtaliya klubu istəyir

"Qarabağ" klubunun futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

"Report"un məlumatına görə, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli belçikalı futbolçunun transferində maraqlıdır.

Hazırda B Seriyasında turnir cədvəlinə başçılıq edən komanda sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən A Seriyasında çıxış edəcək. Bu səbəbdən, yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" klubu "Qarabağ"ın sol cinah müdafiəçisini transfer etmək istəyir. Rerrasın Ağdam təmsilçisi ilə sözləşməsi iyunadək nəzərdə tutulub. "Qarabağ"ın müqaviləni daha bir il uzatmaq imkanı olsa da, klub bu hüquqdan yararlanmaq niyyətində deyil. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klubları da maraqlanır. 

Qeyd edək ki, 26 yaşlı futbolçu "Qarabağ"a ötən ilin yayında transfer olunub. 

Son xəbərlər

Orphus sistemi