"Qarabağ"ın futbolçusu millidəki karyerasını başa vurdu

"Qarabağ"ın futbolçusu millidəki karyerasını başa vurdu "Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib. 
Futbol
898
29 Avqust , 2020 09:00
Qarabağın futbolçusu millidəki karyerasını başa vurdu

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib. 

"Report" xəbər verir ki, 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi "Instagram" səhifəsində məlumat verib.

O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.

Gerye gənc yaşlarında Haiti millisində çıxış etməyi arzuladığını xatırladıb: "Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriyə baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım". 

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi