"Qarabağ"ın futbolçusu Aylton Silva səfərdə "Səbail"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra brifinq keçirib.
Braziliyalı müdafiəçi "Report"un da suallarını cavablandırıb...
- Belə asan qələbə gözləyirdiniz?
- Bilirdik ki, rəqib yaxşı formadadı, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.
- Hazırda milli komandaların oyunlarına görə ikihəftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadı, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməz ki?
- Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq, çünki 2-3 gündən bri oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.
- Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdin? "Qarabağ" qrupdan çıxmalıdırmı?
- Birincisi, yaxşı komandamız var. İlk növbədə bu, qeyd olunmalıdı. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, ümid edirəm ki, qrupdan çıxa bilərik.
- Bəs, Premyer Liqada çempionluöa əsas rəqib yəqin, "Neftçi"ni görür. Yoxsa, belə düşünmür? Ümumiyyətlə, çempionatda rəqib görürmü?
- Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız haqda danışaq. Oyunadan oyuna udub hədəflərimizə doğru gedəcəyik.