"Qarabağ"ın futbolçusu: "Heç kimin arxasınca düşüb forma almaq istəmirəm”

"Qarabağ"ın futbolçusu: "Heç kimin arxasınca düşüb forma almaq istəmirəm” Bakı. 3 oktyabr. REPORT.AZ/ “Bizi maraqlı oyun gözləyir. Özümüzü sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini sərgiləyək və baş məşqçinin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanaq.
Futbol
3 Oktyabr , 2018 14:43
Qarabağın futbolçusu: Heç kimin arxasınca düşüb forma almaq istəmirəm”
Report/ Firi Salim

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Bizi maraqlı oyun gözləyir. Özümüzü sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini sərgiləyək və baş məşqçinin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanaq". 

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin II turunda evdə İngiltərənin “Arsenal” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl söyləyib. 

Təcrübəli müdafiəçi Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında “Arsenal” ilə İspaniya “Atletiko”sunu müqayisə edib: "Atletiko” ilə oynayanda fikirləşirdik ki, texnikalıdırlar. “Arsenal” isə həm fiziki, həm texniki, həm də sürət baxımından güclüdür. Ona görə də hazır olmalıyıq. Biz Azərbaycan çempionatında oynayırıq, ildə 1-2 belə oyunumuz olur. Belə matçlar tez-tez olsaydı, daha asan olardı. İngiltərə futbolu yüksək səviyyədədir, hər cəhətdən güclüdürlər".

Medvedev deyib ki, rəqib futbolçularla forma dəyişməyə utanır: “Oyundan sonra meydanda rəqib futbolçularla forma dəyişmək məsələsindən uzağam. Çünki utanıram. Ola bilər, paltardəyişmə otağında dəyişim. Kolleksiya yığmıram, həvəsim yoxdur. Güclü futbolçulara qarşı oynamışam, amma heç kimin arxasınca düşüb forma almaq istəmirəm”.

Son xəbərlər

Orphus sistemi