"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında həftənin oyunçusu seçilib

"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında həftənin oyunçusu seçilib Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
6 Noyabr , 2018 14:40
Qarabağın futbolçusu Azərbaycan Premyer Liqasında həftənin oyunçusu seçilib
0 : 00
0 : 00

Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" Peşekar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev ən yaxşı futbolçu adına layiq görülüb.

Bolqarıstanlı oyunçu X turda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Simeon Slavçev X turun rəmzi komandasında da yer alıb. 

Son xəbərlər

Orphus sistemi