“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib

“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub
Futbol
11 Mart , 2015 00:12
“Qarabağ”ın futbolçusu Azərbaycan çempionatında 200-cü oyununu keçirib

Bakı. 11 mart. REPORT.AZ/ Topaz Premyer Liqasının XXV turu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov üçün bu komandanın heyətində 200-cü çempionat matçı kimi tarixə düşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, “Xəzər-Lənkəran”la görüşə (1:0) start heyətində çıxan futbolçu 2001/2002-ci mövsümündə debüt etdiyi klubdakı oyunlarının sayını yubiley həddinə çatdırıb.

Ölkə çempionatında “Xəzər-Lənkəran”, “Masallı” və “Karvan”da da oynayan V.Nadirov ümumilikdə 283 qarşılaşmada 41 qol vurub.

Son xəbərlər

Orphus sistemi