“Qarabağ”ın futbolçusu Argentina yığması ilə yoldaşlıq oyunundan imtinasının səbəbini açıqlayıb

“Qarabağ”ın futbolçusu Argentina yığması ilə yoldaşlıq oyunundan imtinasının səbəbini açıqlayıb Bakı. 17 may. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerrye Haiti millisinin heyətində Argentina yığmasına qarşı yoldaşlıq matçında iştirakdan imtina edib.
Futbol
17 May , 2018 09:44
“Qarabağ”ın futbolçusu Argentina yığması ilə yoldaşlıq oyunundan imtinasının səbəbini açıqlayıb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerrye Haiti millisinin heyətində Argentina yığmasına qarşı yoldaşlıq matçında iştirakdan imtina edib.

“Report”un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi haititempo.com saytına açıqlamasında millinin düşərgəsinə gəlməməsinin səbəblərini açıqlayıb. O, bildirib ki, öncədən planlaşdırdığı məzuniyyət üçün otellər bron edib və ümumilikdə 4200 dollar ödəyib: “Yığmada olmayacağım şəxsi planlarımla əlaqədardır. Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə söhbətimiz olub. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər. Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə 3 gün üçün 1400 dollar, "Dekameron"da bir həftəmizə 2 min dollar və “Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz işləmişəm. Həmçinin, övladı dünyaya gələn bacımı ziyarət etməliyəm”.

Gerrye yığmaya gəlməməsini həm də “Qarabağ”ın futbolçulara cəmi 8 günlük məzuniyyət verməsi ilə əlaqləndirib: “Klubum avrokuboklarda çıxış edəcək. Bizə uzun müddətli deyil, cəmi 8 günlük məzuniyyət verilib. “Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Ailəm üçün darıxmışam. Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 günlük toplanış keçib, oyuna çıxdıqdan sonra 30-da geri dönmək mənim üçün çətindir. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam”.

Qeyd edək ki, Donald Gerrye "Qarabağ"la 2017-ci il iyulunda 2 illik müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi