“Şerif”in müdafiəçisi: “Qarabağ”ın futbolçuları sürətli və aqressiv futbol sərgiləyirlər”

“Şerif”in müdafiəçisi: “Qarabağ”ın futbolçuları sürətli və aqressiv futbol sərgiləyirlər” “Dino Nldovu və Donald Qerryeyə qarşı daha diqqətli olmalıyıq”
Futbol
1 Avqust , 2017 12:34
“Şerif”in müdafiəçisi: “Qarabağ”ın futbolçuları sürətli və aqressiv futbol sərgiləyirlər”

Bakı. 1 avqust. REPORT.AZ/ “Qarabağ” lazımi səviyyədə komplektləşdirilib. Onların futbolçuları sürətli və aqressiv futbol sərgiləyirlər. Bizim də usta oyunçularımız var. Ona görə də rəqibə qalib gəlmək üçün gücümüzü ortaya qoymalıyıq”. 

“Report”un məlumatına görə, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək Moldova təmsilçisi “Şerif”in futbolçusu Viktor Oliveyra deyib.

23 yaşlı braziliyalı müdafiəçi klubun rəsmi saytına müsahibəsində bildirib ki, cütün favoriti yoxdur: “Oyun hər iki komanda üçün çətin olacaq. Stadion tam dolsa, bizə çox köməyi olar. Azərbaycanda yerli azarkeşlər komandalarını irəli səsləyirdilər. Bizim də belə dəstəyə ehtiyacımız var. “Qarabağ”ın bütün futbolçuları güclü və ustadırlar. Lakin Dino Nldovu və Donald Qerryeyə qarşı daha diqqətli olmalıyıq”.

Qeyd edək ki, bu gün Tiraspol şəhərində keçiriləcək “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi