"Qarabağ"ın "Ferentsvaroş"la oyun öncəsi son məşqini azarkeşlər də izləyib

"Qarabağ"ın "Ferentsvaroş"la oyun öncəsi son məşqini azarkeşlər də izləyib "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqinə çıxıb.
Futbol
2 Avqust , 2022 18:23
Qarabağın Ferentsvaroşla oyun öncəsi son məşqini azarkeşlər də izləyib

"Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqinə çıxıb.

"Report"un məlumatına görə, "Azersun Arena"da baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqi "köhlən atlar"ın bir qrup azarkeşi də izləyib. Fişəng yandıran fanatlar komandanın lehinə "You are the best!" (Siz ən yaxşısınız!) şüarları səsləndiriblər.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi