"Qarabağ"ın əsas qapıçısı əməliyyat edilib, 2 ay yarım oynamayacaq

"Qarabağ"ın əsas qapıçısı əməliyyat edilib, 2 ay yarım oynamayacaq "Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.
Futbol
19 Dekabr , 2021 13:08
Qarabağın əsas qapıçısı əməliyyat edilib, 2 ay yarım oynamayacaq
Şahruddin Məhəmmədəliyev

"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyədə əməliyyat olunub.

Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub. Həkimlərin ilkin rəyinə əsasən, Məhəmmədəliyev 2,5 ay sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi